Vəzirovun tabutu başında ağlayan qadın KİMDİR?

Cəmiyyət 14:44 13.01.2022

1988-1990-cı illərdə Azərbaycana rəhbərlik etmiş Əbdürrəhman Vəzirov ötən gün Moskvanın Troyekurovskoye qəbiristanlığında torpağa tapşırılıb. Onunla vida mərasimindən çəkilmiş foto və videolarla bağlı sosial şəbəkələrdə açılan müzakirələr bitmək bilmir.

Bu müzakirələrdə ən çox səsləndirilən “Vəzirov niyə müsəlman dininin tələblərinə uyğun kəfənlənməyib, tabuta üzüaçıq qoyulub…” sualıdır. Maraqlıdır ki, meyit şəriət qaydasının əksinə olaraq, tabuta üzüaçıq yerləşdirilsə də, vida mərasimində “Yasin” oxunur. Bu isə Vəzirovun müsəlmanlıqdan çıxdığı barədə iddiaları inkar edir.

Dünənki vida mərasimindən çəkilən şəkillərdə bir dəqqətçəkən məqam da var: Vəzirovun tabutuna doğru əyilən, onun başını sığallayan qadın…

Sosial şəbəkələrdə o qadının kimliyi də müzakirə mövzusu olub. Bilməyənlər hətta onun Vəzirovun xanımı olduğunu iddia edib. Halbuki, mərhumun həyat yoldaşı İrina Vəzirova dünyasını çoxdan dəyişib. Bəs o qadın kim idi?

EDNews.net Modern.az-a istinadən xəbər verir ki, Vəzirovla vida mərasimindən çəkilən şəkillərdə mərhumun cənazəsi başında ağlayan həmin qadın onun bacısı Bəyaz Vəzirovadır.

İxtisasca musiqi müəllimi olan Bəyaz xanım Rusiyada yaşayan məşhur bakılı Timur Vaynşteynin anası, Asəf Zeynallı adına Musiqi Texnikumunda müəllim işləmiş mərhum bəstəkar Leonid Vaynşteynin (1945-1994) həyat yoldaşıdır.

Leonid və Timur Vaynşteynlər milliyyətcə yəhudi olsalar da, Azərbaycana bağlı insanlar kimi tanınıblar.

Ədürrəhman Vəzirovun yuxarıda adı çəkilən bacısı oğlu Timur Vaynşteyn vaxtilə “Parni iz Baku” Şən və Hazırcavablar Komandasının rəhbəri olub.

Timur Vaynşteyn hazırda Rusiyanın NTV Telekompaniyasının baş direktorunun müavini və baş prodüseridir.

Qeyd edək ki, Timur Vaynşteyn də dünənki vida mərasimində anasını müşayiət edib. Vəzirovun tabutuna doğru əyilən qadının – anasının arxasında dayanan odur.

Əbdürrəhman Vəzirov ötən gün Moskvanın Troyekurovskoye qəbiristanlığında öz vəsiyyətinə uyğun olaraq mərhum arvadı - milliyyətcə rus İrina Vəzirovanın yanında torpağa tapşırılıb. Onların Eldar adlı bir oğlu var.


“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

"Pozuntular barədə məlumat verənlər üçün təhlükəsiz mexanizmlər yaradılmalıdır"
11:32 24.05.2025
Ukrayna məhkəməsi Dağıstan rəhbəri haqqında həbs qərarı verdi
10:28 24.05.2025
Qızılın qiyməti 3400 dollara yaxınlaşıb
09:22 24.05.2025
Trampın Yaxın Şərq triumfu: İnqilablarla yox, bizneslə fəth
09:19 24.05.2025
ABŞ və Aİ-də islamofobiya güclənir"
06:37 24.05.2025
ABŞ Suriyaya qarşı tətbiq etdiyi maliyyə sanksiyalarını dayandırdı
05:35 24.05.2025
Virtz "Liverpul"a keçmək istəyir
00:40 24.05.2025
"Napoli" dördüncü dəfə ölkə çempionu oldu
00:33 24.05.2025
İlon Maskla Ağ Ev arasındakı münasibətlər niyə soyuyub?
20:49 23.05.2025
Tramp ABŞ Universitetlərindən Nə İstəyir?
19:20 23.05.2025
Yunan Mifologiyası Dünya Elminə nə qatdı?
14:40 23.05.2025
Çin ABŞ-nin yerini niyə tuta bilməz?
13:29 23.05.2025
ABŞ Sudana qarşı sanksiyalar tətbiq edəcək
12:46 23.05.2025
Məleykə Abbasova buraxılış imtahanın nəticələrindən danışdı
11:31 23.05.2025
Universitetlərə builki tələbə qəbulu üçün plan yerlərinin sayı açıqlandı
11:05 23.05.2025
Hojlund "Fənərbaxça"ya gəlir?
11:01 23.05.2025
Prezident İlham Əliyev TDT-nin daxili işlər nazirlərini qəbul edib
11:01 23.05.2025
Ötən gün vətəndaşların bank kartlarından 3 min manata yaxın pul oğurlanıb
10:03 23.05.2025
Fransanın müstəmləkəçilik cinayətləri: Diri-diri yandırılan insanların qanı qumda batırılıb -FAKTLAR
10:00 23.05.2025
Muslera "Qalatasaray"-dan gedir
09:35 23.05.2025
Azərbaycan Mərkəzi Bankının mənfəəti 2 dəfədən çox artıb
09:16 23.05.2025
ABŞ Aİ-ni ölkə mallarına birtərəfli rüsumları azaltmağa məcbur edir
08:36 23.05.2025
Bakı Qlobal Şəhərlər indeksində 58 pillə irəlilədi
07:51 23.05.2025
Rusiyada 11 il axtarışda olan narkotacir Azərbaycanda saxlanılıb
07:09 23.05.2025
“Forbes” Rusiyanın ən zəngin varislərinin adlarını açıqlayıb
05:43 23.05.2025
Avropa Liqasının "ən yaxşı"-sı müəyyənləşdi
01:54 23.05.2025
Böyrək xərçənginin yeni simptomları açıqlanıb
01:04 23.05.2025
ABŞ Cənubi Koreyadan minlərlə hərbçisini çıxara bilər
00:29 23.05.2025
Serbiya Vahid Avro Ödəniş Sahəsinə (SEPA) üzv olub
00:02 23.05.2025
Xoşbəxtlikdən Qorxmaq – İnsan Ruhunun Parodoksu
11:55 22.05.2025
QMİ Qurban bayramı ilə bağlı Fətva verdi
11:25 22.05.2025
Netanyahu: İsrail diplomatik missiyalarının təhlükəsizliyini gücləndirəcək
11:03 22.05.2025
Tacikistan və Azərbaycan Milli kitabxanaları arasında memorandum imzalanıb
10:21 22.05.2025
Yaponiya silah sərgisində müdafiə ambisiyalarını nümayiş etdirir
08:44 22.05.2025
Çində 650 illik qüllə uçub
08:19 22.05.2025
Çində torpaq sürüşmələri baş verib
07:32 22.05.2025
Britaniya Çaqos arxipelaqını Mavrikiyə təhvil verəcək
05:28 22.05.2025
Ramaposa Trampla görüşünün çox yaxşı keçdiyini bildirib
03:26 22.05.2025
Beynəlxalq Biomüxtəliflik Günü: “Təbiətlə harmoniya və davamlı inkişaf”
00:00 22.05.2025
Prezident: Türk İnvestisiya Fondunun rəsmi olaraq bu il fəaliyyətə başlaması nəzərdə tutulur
12:52 21.05.2025
Hamısı