“Vətəndaşın cibinə girmək olmaz!” Tənzimlənməyən restoran qiymətlərinə Antiinhisardan CAVAB

Cəmiyyət 10:09 22.02.2023
Ölkədə bir çox sahədə baş verən qiymət artımı iaşə obyektlərinin menyularından da yan keçməyib. Xüsusilə, pandemiyadan sonra vətəndaşlar kafe-restoranlardakı şişirdilmiş qiymətlərdən şikayətlənirlər. Mağaza məhsulları ilə restoranlardakı eyni məhsullar arasında kəskin qiymət fərqi böyük narazılıq doğurur. Məsələn mağazada 1 manata olan su restoranlarda 3-5 hətta 10 manata təklif oluna bilir.
 
Ümumiyyətlə, restoranların qiymət siyasətinə dövlət nəzarəti varmı?
 
Məsələ ilə bağlı Ednews-a məlumat verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bu məsələ dövlət tərəfindən tənzimlənmir: 
 
“İqtisadi cəhətdən nəzarət olunan yeganə məsələ məhsulların keyfiyyətidir. Qida Təhlükəsizliyi Agentliyi bu funksiyanı həyata keçirir.  İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin də məhsullara dəqiq qiymət qoymaq səlahiyyəti yoxdur. Aidiyyatı qurumlar yalnız vergi məsələləri ilə maraqlanır.”
 
Deputat Vahid Əhmədov da məsələyə münasibət bildirib. O qeyd edib ki, bu sahədə hər hansı bir nəzarət mexanizmi, tənzimləyici qanun yoxdur:
 
“Fikir versək, marketlərdə də eyni məhsullar arasında qiymət fərqlərinin olduğunu görərik. Elə sahibkar var ki, vətəndaşı fikirləşir, münasib qiymətlərlə xidmət göstərir, bəziləri də öz mənfəətlərini düşünüb süni qiymət artımına yol verirlər”.
 
Deputat restoranlarda şişirdilmiş qiymətlərə də münasibət bidirib. O qeyd edib ki, əsasən içkilərdə müşahidə olunan bu süni qiymətlər müştərilərin cibinə girmək kimi bir şeydir:
 
“Müştəri də məcburdur ki, qarşısına qoyulan hesabı ödəsin. Paytaxtda da, bölgələrdə də bu məsələ nəzarətə götürülməlidir. Dövlət Turizm Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və bu qurumların yerli şöbələri iaşə obyektlərindəki qiymətlərə ciddi şəkildə nəzarət etməlidirlər. Sahibkarların gəlir əldə etmək məqsədləri başa düşüləndir, amma vətəndaşların da cibinə bu dərəcədə girmək olmaz”. 
 
Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki,  “Sahibkarlıq fəaliyyəti haqqında” Qanuna əsasən sahibkarlar Azərbaycan Respublikasının qanunvericiliyinə əməl etməklə öz malları (məhsulları, işləri, xidmətləri) üçün qiymətləri sərbəst müəyyənləşdirmək hüququna malikdir:
 
"Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı” təsdiq edilib. İctimai iaşə xidmətlərinin qiymətləri həmin siyahıya daxil edilmədiyi üçün onun qiyməti bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında formalaşır. İstehlak bazarında sahibkarlar tərəfindən istehlakçılara müxtəlif qiymət və şərtlərlə mal və xidmətlər təklif olunur. Mövcud qanunvericiliyə əsasən istehlakçı onların arasından qiyməti və istehlak xassələri daha uyğun olan malı və ya xidməti öz ehtiyacına və zövqünə görə sərbəst seçə bilər”.
 
 
Törə Zeynallı
İlham Əliyevin Laçına səfərindən səmimi görüntülər - VİDEO

Xəbər xətti

Azərbaycanın qadın güləşçisi üçün olimpiadaya lisenziya şansı davam edir
21:40 10.05.2024
Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - YENİLƏNİB
21:30 10.05.2024
Daşkəsənə dolu düşüb
21:22 10.05.2024
BMT Fələstinin üzvlüyünün dəstəklənməsi üçün qətnamə qəbul edib - YENİLƏNİB
21:00 10.05.2024
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar bəlli olub
20:44 10.05.2024
Putin Mişustini Baş nazir təyin edib
20:20 10.05.2024
Ombudsman BMT-nin komitə üzvünü bölgədəki vəziyyət barədə məlumatlandırıb
20:00 10.05.2024
Gürcüstan parlamentinin sədri Tbilisidə avropalı nümayəndələrlə görüşməyəcək
19:50 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - YENİLƏNİB
19:34 10.05.2024
Azərbaycanlı gənc yazıçı vəfat etdi
19:16 10.05.2024
FHN-də Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
19:00 10.05.2024
Ağdam Sənaye Parkına 195 milyon manat investisiya yatırılması nəzərdə tutulur -YENİLƏNİB
18:50 10.05.2024
Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlar başa çatıb - YENİLƏNİB-2
18:37 10.05.2024
Prezident İlham Əliyev şuşalılarla görüşdə şəhərdəki tarixi abidələrin bərpasından danışıb
18:20 10.05.2024
Prezident: Fransanın Ermənistana verdiyi öldürücü silahlar kritik həddə çatsa, onda bizdən heç kim inciməsin
18:11 10.05.2024
Mixail Mişustin yenidən Rusiyanın Baş naziri oldu
17:43 10.05.2024
İlham Əliyevin Laçına səfərindən səmimi görüntülər - VİDEO
17:29 10.05.2024
Xarkov ATƏŞƏ TUTULDU - Ölən və yaralananlar var
Xarkov ATƏŞƏ TUTULDU - Ölən və yaralananlar var
17:24 10.05.2024
İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoydu
17:10 10.05.2024
Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib - FOTOLAR
Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib - FOTOLAR
17:09 10.05.2024
Baydendən Çinə iqtisadi ZƏRBƏ
Baydendən Çinə iqtisadi ZƏRBƏ
16:54 10.05.2024
Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
16:38 10.05.2024
İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış oldu
16:32 10.05.2024
Prezident və Birinci xanım Şuşaya köçmüş ilk sakinlərlə GÖRÜŞDÜ
16:19 10.05.2024
İranlı kinorejissor 8 il HƏBS CƏZASI ALDI
İranlı kinorejissor 8 il HƏBS CƏZASI ALDI
16:11 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında
16:06 10.05.2024
Almatı danışıqları 2 gün davam EDƏCƏK
16:02 10.05.2024
Sülh müqaviləsi bu gün imzalana bilər? - Siyasi şərhçinin RƏYİNDƏ
16:00 10.05.2024
Ceyhun Bayramov: Sərhəddə dirəklərinin quraşdırılması praktiki olaraq başa çatır - VİDEO
Ceyhun Bayramov: Sərhəddə dirəklərinin quraşdırılması praktiki olaraq başa çatır - VİDEO
15:56 10.05.2024
Qazax istiqamətində sərhəd dirəklərinin quraşdırılması başa çatır - RƏSMİ
15:43 10.05.2024
Rusiyanın Ermənistandakı hərbi varlığı regiona necə təsir edəcək? - Oleq Kuznetsov ilə MÜZAKİRƏ - VİDEO
15:39 10.05.2024
Azərbaycan Şərqi Avropa üçün niyə önəmlidir? – Politoloqun ŞƏRHİNDƏ
Azərbaycan Şərqi Avropa üçün niyə önəmlidir? – Politoloqun ŞƏRHİNDƏ
15:30 10.05.2024
Azərbaycan QHT-ləri Keniyada ağac əkiblər - VİDEO
Azərbaycan QHT-ləri Keniyada ağac əkiblər - VİDEO
15:28 10.05.2024
Ağdamda lüks mənzillər satışa çıxarıldı - QİYMƏTLƏR
15:23 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində
15:16 10.05.2024
Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı
15:15 10.05.2024
Ceyhun Bayramov: “Ermənistanla normallaşma prosesinə böyük diqqət yetiririk”
15:15 10.05.2024
Prezident və Birinci xanım Şuşada Çöl Qala məscidində
15:10 10.05.2024
AZAL-ın kollektivi ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edib
15:01 10.05.2024
“Bu layihə Azərbaycanın regiondakı iqtisadiyyatını gücləndirəcək” – İqtisadçı Ekspert Açıqladı
“Bu layihə Azərbaycanın regiondakı iqtisadiyyatını gücləndirəcək” – İqtisadçı Ekspert Açıqladı
15:00 10.05.2024
Hamısı