Bakıda “Nine Senses Fest” adlı möhtəşəm mənəvi və fiziki təcrübələr festivalı keçiriləcək

Cəmiyyət 13:55 25.09.2023

 

Bakıda “Nine Senses Fest” adlı möhtəşəm mənəvi və fiziki təcrübələr festivalı keçiriləcək.

Ednews xəbər verir ki, bu çərçivədə “Nine Senses” yaradıcılıq və özünüinkişaf mərkəzində KİV nümayəndələri ilə görüş keçirilib.

Görüş zamanı “Nine Senses”in akademik direktoru və “Nine Senses Fest” beynəlxalq festivalının kuratoru Natalya Jukova mətbuat nümayəndələrini öncə incəsənət mərkəzi ilə tanış edib, mərkəzin fəaliyyəti ilə bağlı geniş informasiya verib. Daha sonra Natalya Jukova 6-8 oktyabr tarixlərində Bakıda keçiriləcək “Nine Senses Fest” beynəlxalq festivalı haqqında jurnalistlərə geniş məlumat verib və KİV nümayəndələrinin suallarını cavablandırıb.

“Nine Senses Fest” beynəlxalq festivalı “Nine Senses” yaradıcılıq və özünüinkişaf mərkəzinin təsisçisi Leyla Əliyevanın dəstəyilə keçirilir.

Nine Senses Fest” beynəlxalq festivalı ruh, bədən və ağıl (Spirit, Body, Mind) istiqamətləri arasında təcrübələr festivalıdır.

Məqsədimiz üç istiqamətdə fəaliyyət göstərən peşəkar mütəxəssisləri bir araya gətirmək və festival iştirkaçılarına təqdim etməkdir.

Festivalda Azərbaycanın, həmçinin dünyanın ən peşəkarlar mütəxəssislərinin ustad dərsləri keçiriləcəkdir.

Biz sizə dünyanın müxtəlif ölkələrindən ən yaxşı mütəxəssisləri, istiqamət hedlaynerlərini və mənəvi saflığa xidmət edən məktəblərin rəhbərlərini dəvət etmişik”-deyə Natalya Jukova qeyd edib.

O, festivalın keçiriləcəyi məkanlar haqqında da danışıb: “Festival 3 məkanda keçiriləcək. Festivalın birinci günü, yəni 6 oktyabrda “The club Port Baku”-da, 7-8 oktyabr tarixlərində isə “Nine Senses” yaradıcılıq və incəsənət mərkəzində və “Sea Breeze Resort”, həmçinin “SeaBreeze Event Hall”-da keçiriləcək”.

Natalya Jukova artıq biletlərin satışa çıxarıldığını da vurğulayıb: “Biletlərin qiyməti 150 manat təşkil edir. Məbləğə 3 gün ərzində istənilən ustad dərslərinə və bütün festival tədbirlərinə giriş daxildir. Biletləri https://fest.ninesenses.az/az/ saytından onlayn formada əldə edə bilərsiniz, həmçinin festivalın proqramı ilə də tanış ola bilərsiniz. Bundan əlavə festival haqqında geniş məlumat əldə etmək üçün https://www.instagram.com/ninesensesfest/ instaqram səhifəsindən məlumatı ala bilərsiniz. Hər kəsi festivalda gözləyirik”.

Qeyd edək ki, “Nine Senses Fest” festivalında yoqanın müxtəlif sahələri: kriya, kundalini, hatha, nidra.

Artistic yoqa, meditasiya təcrübələri, bədən yönümlü təcrübələr, rəqs məşqləri, saund-hilinq, stretçinq və gimnastika, tsiqun, terapevtik ustad dərsləri, art terapiya, terapevtik qrup məşqləri və qrup sağlamlıq və həyat kouçluğu təlimləri olacaq.

Onu da diqqətə çatdıraq ki, tədbirin 4 hedlayneri olacaq:

İmran Kriya - yoqa ustadıdır, eyni zamanda, musiqiçi, bəstəkar və multiinstrumentalist.


Anna Vladimirova - həkim, Çin təbabəti üzrə mütəxəssisdir. Wu Ming Dao şəfalı təcrübələr məktəbinin təsisçisi,

osteoxondroz, skolioz, fəqərəarası yırtıqlar və onurğa sütununun strukturunun pozulması ilə əlaqəli digər xəstəliklərin dərmansız müalicəsinin patentləşdirilmiş metodunun müəllifidir.


Mətanət Babayeva – psixi və emosional sağlamlıq, eləcə də korporativ mədəniyyətdə məhsuldarlıqla iş üzrə mütəxəssis. Azərbaycanda insan resursları sahəsində aparıcı mütəxəssislərdən biri.


Nandan Qautam – müasir idman təbabətini və qədim yoqa müdrikliyini özündə birləşdirən daha canlı və yeni bir yoqa forması olan CEO Artistic Yoqa məktəbinin ustadı və rəhbəri. O, ABŞ-da təhsil alıb, USA Today-də işləyib və ruhani müəllim Dr. Bharat Thakurdan yoqa öyrənmək üçün Hindistana qayıdıb. Nandan yoqa, musiqi və meditasiyanın məlum olmayan sirli sahələrini araşdırır, daxili rahatlıq və məmnunluq hissini tapmağa kömək edir.


Bildirək ki, əl işlərindən ibarət tematik yarmarka və qaranlıqda teatr adlı musiqili proqram təşkil olacaqdır.

Festivalın sonunda isə hedlayner İmran Kriyanın canlı meditasiya konserti və məşhur müğənni Çingiz Mustafayevin canlı konsert proqramları təşkil olunacaqdır.

Festivalın əlaqə nömrələri:

+994103100203

+994552555412

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

"Kərimə" dövləti qurmaq istəyənlərə hökm oxundu
14:06 12.06.2025
Hindistanda aviaqəza nəticəsində ölənlərin sayı 40-a çatıb
13:56 12.06.2025
“Elmi fəaliyyətlə bağlı qrantlara müraciət tam rəqəmsallaşdırılmalıdır”
13:47 12.06.2025
Məleykə Abbazasə repetitorlardan danışdı: "...özlərini reklam edirlər..."
13:24 12.06.2025
Fəxriyyə Xələfova Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşür - MÜSAHİBƏ
12:21 12.06.2025
BAEA İranı nüvə silahının yayılmaması üzrə öhdəliklərini pozmaqda ittiham edib
12:04 12.06.2025
Sabah 37 dərəcə isti olacaq
11:37 12.06.2025
Dünyada hər 67 nəfərdən biri məcburi köçkündür - BMT-dən yeni hesabat
11:35 12.06.2025
Azərbaycanlı cüdo hakimi ilk dəfə dünya çempionatını idarə edəcək
11:21 12.06.2025
Azərbaycan Prezidenti Vladimir Putini təbrik edib
10:58 12.06.2025
"İqlim müzakirələrində ziddiyyətlərin aradan qaldırılmasında əsas rolu elm oynayır"
10:54 12.06.2025
"UNEC elmi məqalələrin artım tempinə görə dünyada birinci yerdədir"
10:38 12.06.2025
Göyərtəsində minlərlə avtomobil olan gəmi bir həftədir ki yanır
10:28 12.06.2025
Şimali Koreya - Cənubi Koreya sərhədində səsli təbliğat dayandırıldı
10:08 12.06.2025
Polşa millisinin baş məşqçisi Levandovski ilə münaqişədən sonra postunu tərk edib
09:40 12.06.2025
Günəşin qütblərinin görüntüləri əldə edildi
09:22 12.06.2025
Məktəblərdə telefondan istifadə necə məhdudlaşdırıla bilər?
08:43 12.06.2025
İqlim böhranının insanların sağlamlığına təsiri artır -ÜST
08:29 12.06.2025
"Çelsi" yeni səfər formasını təqdim etdi
07:41 12.06.2025
Messi Klublararası dünya çempionatında iştirak edəcək?
07:35 12.06.2025
İran İsraillə müharibəyə hazırlaşır
06:50 12.06.2025
Aİ Çinin iki bankına sanksiya təklif edib
02:40 12.06.2025
ABŞ Avstraliyaya atom sualtı qayıqların tədarükü sazişinə yenidən baxacaq
00:24 12.06.2025
Professor Nazim İmanov: Azərbaycan iqtisad elminin görkəmli siması
16:53 11.06.2025
"Los-Anceles sakinləri çox şanslıdırlar ki, onlara kömək etmək qərarına gəldim"
16:21 11.06.2025
Peru tariflərə görə ümidini Çinə bağlayır
15:42 11.06.2025
Fariz İsmayılzadə: "Bağçaların sayını artırmaq üçün tikinti standartlarına yenidən baxmalıyıq"
15:31 11.06.2025
Rusiya İrana nüvə yanacağını ölkədən çıxarmağa kömək edə bilər
15:04 11.06.2025
Arıqlamaq üçün bitki çayları içən gənc komaya düşüb
14:23 11.06.2025
18 ildə 700 bal toplayan 116 nəfərdən biri də AMEA-ya üz tutmayıb - Niyə?
14:19 11.06.2025
"ChatGPT" yeni modelini işə salır
13:57 11.06.2025
Rusiya diplomatı XİN-ə çağırıldı
13:18 11.06.2025
Leroy Sane "Qalatasaray"la razılığa gəldi
13:01 11.06.2025
Aİ-nin Rusiyadan idxal etdiyi neft və qazın həcmi açıqlandı
12:24 11.06.2025
Rusiya Ukraynaya 1 200-dən çox hərbçinin meyitini qaytarıb
12:21 11.06.2025
ABŞ "F-35" qırıcılarının alışını iki dəfə azaltdı
10:26 11.06.2025
“Türküstan”ın 19 yaşı tamam oldu
10:17 11.06.2025
Piramidaların altında nə var?
07:34 11.06.2025
Xarkova kütləvi hücum zamanı yaralananların sayı 50-ni keçib
07:16 11.06.2025
Kaliforniya Qubernatoru amerikalıları Trampa müqavimət göstərməyə çağırır
06:11 11.06.2025
Hamısı