Çətin və təhlükəli olsa da, işlərinin öhdəsindən uğurla gəlirlər - qadın minaaxtaranlarla söhbət - FOTO

Cəmiyyət 18:55 15.02.2024

Jurnalistlər Ağdamda qadın minaaxtaranların fəaliyyəti ilə tanış olublar

Ağdam rayonunun işğaldan azad edilmiş Nəmirli kəndi ərazisinə mediatur təşkil olunub.

Ednews AZƏRTAC-a istinadən xəbər verir ki, jurnalistlər minatəmizləmə əməliyyatlarına cəlb olunan qadın minaaxtaranların fəaliyyətini yaxından izləyiblər.

Əvvəlcə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Tərtər şəhərindəki Peşə Təlim Mərkəzində məlumatlandırma görüşü keçirilib. BAMF-ın prezidenti Umud Mirzəyev “Qadın minaaxtaranlar layihəsi” haqqında məlumat verib. Bildirib ki, layihə BAMF tərəfindən Avropa İttifaqı (Aİ) və ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi, BMT-nin İnkişaf Proqramının (UNDP), Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) vasitəçiliyi və Minalar üzrə Məsləhət Qrupu (MAG) ilə birgə həyata keçirilir. BAMF-ın rəhbərlik etdiyi layihə çərçivəsində Avropa İttifaqının dəstəyi ilə yalnız qadınlardan ibarət 2 komanda, ABŞ Dövlət Departamentinin dəstəyi ilə isə bir qadın və bir kişi minaaxtaran komanda yaradılmışdır. Layihə heyəti üçün ötən il iyunun 19-da başlayan minaaxtarma kursu sentyabr ayında başa çatıb. Daha sonra onlar sahədə fəaliyyət göstərə bilmələri üçün ANAMA tərəfindən akkreditasiya olunublar. İşə başlamaq üçün hazır vəziyyətə gətirilən komandalar ötən il sentyabrın 25-də Ağdam rayonu Baş Qərvənd kəndi ərazisindəki həm döyüş, həm də mina sahəsində fəaliyyətə başlayıblar. Hazırda, ümumilikdə, 25 qadın minaaxtaran, 2 qadın paramedik, 3 kişi qrup rəhbəri, onların müavinləri və 11 kişi minaaxtaran fəaliyyət göstərməkdədir.

 

Hər iki komanda Ağdamın Nəmirli kəndi ərazisində fəaliyyətini davam etdirir. Ümumilikdə isə indiyədək 595 min 258 kvadratmetr ərazi təmizlənib, 8 ədəd tank əleyhinə mina, 12 ədəd piyada əleyhinə mina və 71 ədəd partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

BAMF Azərbaycanda mina təhlükəsi ilə mübarizə proqramına 2000-ci ildən sonra qoşulmuş və bu gün də Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əsas və yeganə QHT tərəfdaşlarından biridir. BAMF-in komandası son 20 ildə ümumilikdə 12 min hektardan çox ərazini minalardan və PHS-dən təmizləmişdir.

BAMF-ın nümayəndəsi Ruslan İbrahimbəyli media nümayəndələrinə partlayıcı sursatların təhlükəsinə dair maarifləndirici söhbət aparıb. Diqqətə çatdırılıb ki, 2020-ci il noyabrın 10-dan 2024-cü il fevralın 14-dək 345 nəfər mina qurbanı var, onlardan 280 nəfər xəsarət alıb, 65 nəfər həlak olub.

Media nümayəndələri sonra Nəmirli kəndi ərazisində qadın minaaxtaranların fəaliyyəti ilə tanış olublar.

 

Qadınlarla minaaxtarma qrupunun sahə rəhbəri Nizami Abbasov məlumat verib ki, hazırda Nəmirli kəndi ərazisində gündəlik 103 kvadratmetr sahədə təmizələmə aparılır. Bu günə qədər ərazidən 33 piyada əleyhinə, 5 nəqliyyat əleyhinə mina, 2 partlamamış hərbi sursat aşkar edilib.

BAMF-ın prezidenti Umud Mirzəyev jurnalistlərə müsahibəsində bildirib ki, mina problemi Azərbaycanın hazırda ən əsas problemidir. Bu problemin çözülməsinə həm də Azərbaycan qadınları öz töhfəsini verirlər: “İlkin olaraq 43 qadın müraciət edib. Layihənin icrasına 30-a yaxın xanımla başlanılıb və ANAMA da hərtərəfli dəstək verir. Hazırda olduğumuz ərazilər Qarabağda minalarla ən çox çirkləndirilmiş ərazidir. Bu ərazilərdən bir az o tərəf keçmiş təmas xəttidir. Minatəmizləmə işləri üç üsulla - əllə, itlərlə və siçovullarla aparılır. Hazırda havaların soyuq keçməsi səbəbindən ərazidə siçovullardan istifadə olunmur. Yaz aylarında yenidən siçovullardan da istifadə ediləcək".

Həmsöhbət olduğumuz qadın minaaxtaranlar çətin və təhlükəli olmasına baxmayaraq, işlərinin öhdəsindən gəldiklərini deyib, bu humanitar fəaliyyətlə məşğul olduqları üçün qürur hissi keçirdiklərini bildiriblər.

Flora Şəkərova bu barədə danışarkən deyib: “Hələ uşaqkən birinci Qarabağ müharibəsi zamanından həmişə arzulayırdım ki, Vətənimə xidmət edim. Beş yaşımdan başlayaraq idmanla məşğul olmuşam. İdman müəllimi, məşqçi kimi fəaliyyət göstərmişəm. Eşidəndə ki, qadın minaaxtaranlar layihəsinə başlanılır, müraciət etdim. Beləliklə istəyim reallaşdı. Əvvəlcə təlim keçdik. Təlim zamanı bir qədər çətinlik oldu. Sonradan öyrəndik, minaaxtaran işini mənimsədik. İndi heç bir çətinliyimiz yoxdur. Daha çox Ermənistan istehsalı olan piyada əleyhinə minalarla, müxtəlif sursatlarla rastlaşırıq. Təhlükəli olsa da, işimdən qürur duyuram”.

Digər minaaxtaran Seyran Babayeva isə bildirib: “Ağdam rayonunun Abdal-Gülablı kəndindənəm. Hazırda Nəmirli kəndində minalarla çox çirkli bir ərazidə işləyirik. Bu iş bizim üçün çox qürurvericidir. Əvvəl təlimdə bir qədər çətinlik olsa da, artıq heç bir çətinlik duymuruq. Olduqca diqqət və məsuliyyət tələb edən işdir”.

Qeyd edək ki, 2020-ci il noyabrın 10-dan 2024-cü ilin fevralın 14-dək işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunan qurumlar tərəfindən aparılan minatəmizləmə fəaliyyəti zamanı 118 min 502,6 hektar ərazi təmizlənib, 62 min 228 ədəd partlamamış hərbi sursat, 31 min 175 ədəd piyada əleyhinə mina və 18 min 790 ədəd tank əleyhinə mina (cəmi 112.193 ədəd) aşkar edilərək zərərsizləşdirilib.

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Pərdənin O Üzü: Merilin Monro və Azad Qadının Səhnəsi
13:53 14.05.2025
Yaponiyada hərbi təyyarə qəzaya uğradı
13:17 14.05.2025
Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
13:14 14.05.2025
Trampın xüsusi nümayəndəsi: ABŞ Azərbaycana "İbrahim Sazişləri"nə qoşulmağı təklif edəcək
13:12 14.05.2025
Türkiyədəki “Azərbaycan Kinosu Günləri” çərçivəsində növbəti tədbir İstanbul Universitetində keçirilib
13:05 14.05.2025
Lənkəranda Azərbaycan Retinoloqlarının 9-cu konfransı keçiriləcək
13:01 14.05.2025
Azərbaycan və Moldova enerji əməkdaşlığını genişləndirməyi müzakirə ediblər
12:56 14.05.2025
Günəşdə güclü partlayış baş verib
12:49 14.05.2025
“Maarifçi” proqramına qəbul olmaq üçün 2037 nəfər imtahan verəcək
12:46 14.05.2025
Perunun hökumət başçısı istefa verib
12:43 14.05.2025
"İranın nüvə silahı əldə etməsinə yol verməyəcəyik"
12:38 14.05.2025
Azərbaycan Gürcüstanla poçt əməkdaşlığını genişləndirir
12:32 14.05.2025
Azərbaycanda İƏT-in Zirvə görüşü keçiriləcək
12:29 14.05.2025
Vətəndaşlara ŞAD XƏBƏR - Azad edilmiş rayonların daha səkkizinə maşınınızla gedə biləcəksiniz
12:25 14.05.2025
Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
12:18 14.05.2025
Tailandda bir məbəddə qədim buddist xəzinəsi tapılıb
12:08 14.05.2025
Almaniyada inflyasiyanın səviyyəsi 2,1 faizə enib
12:04 14.05.2025
Azərbaycanlı skripkaçının növbəti uğuru
12:01 14.05.2025
Kann Film Festivalı: Robert De Niroya fəxri “Qızıl Palma budağı” təqdim olunub
11:58 14.05.2025
Lüksemburqda Avropa Şurasının 134-cü sessiyası başlayıb
11:55 14.05.2025
Tramp Suriyanın keçid dövrü prezidenti ilə görüşüb
11:47 14.05.2025
ETSN-də Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib
11:36 14.05.2025
İranla "Avropa üçlüyü" Türkiyədə görüşəcək
11:33 14.05.2025
Bu ilin 4 ayında 17 mindən çox şəxsə əlillik təyin olunub
11:28 14.05.2025
Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib
11:17 14.05.2025
Cənubi Koreya Azərbaycana yeni səfir təyin edib
11:08 14.05.2025
Alimlər həyəcan təbili çalırlar: Ev pişikləri yeni ölümcül pandemiyaya səbəb ola bilərlər
10:55 14.05.2025
Aİ səfirləri Rusiyaya qarşı 17-ci sanksiya paketini təsdiqləyib
10:49 14.05.2025
Qazaxıstanda sənaye məqsədilə çətənə yetişdirilməsi leqallaşdırıla bilər
10:41 14.05.2025
Media subyektlərinin nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilir
10:40 14.05.2025
Türkiyənin Rusiya-Ukrayna sülh prosesindəki rolu necə dəyişir?
10:39 14.05.2025
"Silahlı münaqişə və təbii fəlakət zonalarında məcburi köçkünlərin sayı rekord həddə çatıb"
10:35 14.05.2025
Türkiyədə NATO XİN başçılarının ikigünlük toplantısı başlayır
10:25 14.05.2025
Böyük Britaniyada bu yaz tarixdə ən quraq bahar mövsümü ola bilər
10:23 14.05.2025
Naxçıvanda “Kiber Suverenlik” konfransı keçiriləcək
10:21 14.05.2025
Gürcüstanda miqrasiya siyasəti sərtləşdirilir
10:18 14.05.2025
Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
10:18 14.05.2025
Husilərin İsrail ərazisinə atdığı raket zərərsizləşdirilib
10:12 14.05.2025
Talaçaydan sel keçir
10:07 14.05.2025
Alimlər COVID-19 peyvəndinin keyfiyyətində irəliləyiş əldə ediblər
09:56 14.05.2025
Hamısı