"Qarabağa görə Yerevana beynəlxalq təzyiq göstərilməlidir" Politoloq

Analitika 13:12 04.07.2019

Ermənistan KİV-lərinin yazdığına görə, Ermənistan Milli Yığıncağının spikeri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə prinsipləri səsləndirib, xarici işlər naziri Zöhrab Mnatsakanyan Azərbaycanın işğal edilmiş ərazilərinə gedib, Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Anna Naqdalyan isə bəyan edib ki, Yerevan təktərəfli güzəştlərə getməyəcək. Görəsən, Ermənistan tərəfinin belə fəallığının səbəbi nədir?

Ola bilsin ki, Z.Mnatsakanyan Ermənistanın baş naziri Nikol Paşinyanın NATO-nun baş katibi Yens Stoltenberqə yazdığı məktubu qızğın müzakirə edən separatçı rejimi sakitləşdirmək üçün Qarabağa yollanıb. N.Paşinyan Alyansla daha sıx əlaqələrə hazır olduğunu bildirir və qeyd edir ki, Qarabağ münaqişəsi buna mane törədir. Bununla belə, Ermənistan lideri il ərzində “erməni qoşunlarını Dağlıq Qarabağdan çıxarmaq” vədi verir - Yerevanda bu məktubu saxta adlandırırlar. Lakin işğal edilmiş Qarabağda ciddi şəkildə təlaşa düşüblər.

Media.az məsələ ilə bağlı Rusiyanın Sülhməramlı Təşəbbüslər və Konfliktologiya İnstitutunun direktoru Denis Denisovdan müsahibə alıb:

- Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan Yerevanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə prinsiplərini açıqlayıb. Birincisi, sülh yolu ilə tənzimlənmədir. İkincisi isə beynəlxalq hüququn prinsipləri əsasında nizamlamadır.

- Təəssüf ki, bir çox münaqişələrin nizamlanması prosesində belə ritorika səslənir. Tənzimlənmənin əsl mahiyyəti riyakarlıqlarla əvəzlənir. Bu cür bəyanatlar (A.Mirzoyanın ifadələri kimi – red.) sadəcə aşkar olanı təsbit etmir, onlar sadəcə lazım deyil və danışıqlara müsbət təsir etmədiyi dəqiqdir. Bunu hətta nizamlamaya marağın olduğuna dair görüntü vermək və konstruktiv yanaşma hazırlamaq cəhdi də adlandırmaq olmaz.

Münaqişələri yalnız siyasi iradə olduqdan sonra tənzimləmək mümkündür. Buna görə də Qarabağ məsələsində bu cür bəyanatlar təəccüb doğurur. Əgər Ermənistan tərəfinin real marağı olsaydı, nizamlama prosesinə yardım edə bilən konkret təkliflər səslənərdi. Onlar qarşı tərəf üçün gerçək və məqbul olmalıdır. Hazırda aydındır ki, Ermənistanın siyasi rəhbərliyi Qarabağ münaqişəsinin tam tənzimlənməsində maraqlı deyil.

- Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan bəyan edib ki, Yerevan Qarabağ üzrə təktərəfli kompromisləri istisna edir. Bununla belə, o, “təktərəfli kompromis”in nədən ibarət olduğunu izah etməyib. Biz bilirik ki, danışıqlar erməni qoşunlarının işğal edilmiş Azərbaycan rayonlarından çıxarılmasını nəzərdə tutan Madrid prinsiplərinə əsaslanır. Bundan sonra artıq kommunikasiyaların açılması və digər məsələlər gəlir. Yerevan öz qoşunlarını çıxarmaq istəmir. Bunu Baş nazir Nikol Paşinyan təsdiq edərək öz oğlunu Azərbaycanın işğal olunmuş ərazilərinə hərbi xidmətə göndərib. Belə olan halda, ümumiyyətlə, hansı kompromisdən söz gedir?

- Burada hər şey, daha əvvəl dediyim kimi, siyasi iradə ilə bağlıdır. Donbası misal çəkim. Hələ 2015-ci ildə “Normand formatı” çərçivəsində qoşun bölmələrinin geri çəkilməsini təşkil etmək və silahsızlaşdırılan zonaların yaradılması qərara alınıb. İki zonada qoşunların geri çəkilməsi baş tutub, birində isə yox. Bu, Luqansk stanitsasıdır. Siyasi qərar və iradə olmayıb. Vladimir Zelenski Prezident olduqdan sonra vəziyyət dəyişib, qoşunlar ayrılıb. Bu, siyasi iradənin göstəricisidir.

Bu səbəbdən Qarabağ münaqişəsində də siyasi iradə olmalı, təklif edilən qərarlar reallaşdırılmalıdır. Əgər bu baş vermirsə, tam aydındır ki, münaqişə tərəflərindən birinin təklif edilmiş sülh planının həyata keçirilməsi üçün imkanı yoxdur. Və bu, bəladır.

Yerevana beynəlxalq təzyiq göstərmək lazımdır. Bu, Azərbaycanın və ATƏT-in Minsk qrupunun vasitəçilərinin daimi mövzusu olmalıdır. Axı, söhbət özündə konkret detalları ehtiva edən nizamlama planından gedir.

Ermənistanda deyə bilərlər ki, ictimai rəy, xalq nizamlanma planına qarşıdır. Lakin problemin bir neçə həll variantı var. Birincisi, ictimai rəyi lazımi tərəfə çevirmək olar.

İkincisi, əvvəlcə razılaşmaları yerinə yetirmək, planı reallaşdırmaq, sonra isə qərarın qəbul edilməsinin zəruriliyini cəmiyyətə izah etməyə çalışmaq mümkündür.

Üçüncüsü, bütün zəruri olan şeyləri etmək və bu zaman heç kəsə heç nəyi izah etməməkdir.

 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər"
22:25 10.07.2025
"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
Hamısı