“150 ballıq ixtisaslar ləğv olunmalı, keçid balları qaldırılmalıdır” - Ekspertdən etiraz | Eurasia Diary - ednews.net

24 Avqust, Şənbə


“150 ballıq ixtisaslar ləğv olunmalı, keçid balları qaldırılmalıdır” - Ekspertdən etiraz

Ekspert rəyi A- A A+

"Fikrimcə, 150 ballıq ixtisaslar ləğv olunmalıdır. Necəki tibbi ixtisaslara yalnız 550-dən yuxarı bal toplayan abituriyentlər qəbul oluna bilir, digər ixtisaslar üzrə də yaxşı mütəxəssis yetişdirmək üçün müəyyən bal limiti qoyulmalıdır. Limit  ən azı 250, 300 baldan başlamalıdır"

Eurasia Diary xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil üzrə mütəxəssis Adil Vəliyev deyib. Onun sözlərinə görə, 150 ballıq ixtisasların müsbət cəhəti sadəcə abituriyetin tələbə adını qazanmasıdır:

“Məncə, 150 bal toplayan abituriyent ali təhsil almaqdansa, hansısa peşəyə sahib olsa, daha yaxşı olar. Çünki təhsil aldıqları ixtisası bitirdikdən sonra iş tapması çox çətin, hətta mümkünsüz olacaq.

Abituriyentlərin bu ixtisaslara yiyələnməsində valideynlərin də rolu var. Hər kəs övladının ali təhsil almasını istəyir. Universitetə qəbul olunandan sonra və ya diplom alanda valideyn rahat olur ki, üstümə düşən vəzifəni yerinə yetirdim və övladımı oxutdurdum”.

Xatırladaq ki, bəzi ixtisaslar üzrə ixtisas seçiminə imtahanın II mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər buraxılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...