"Ermənistanda sosial-iqtisadi narazılıq hökumətə qarşı təzyiqləri artıracaq" Ekspert

Analitika 15:20 15.08.2019

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Orxan Bağırovun “Modern Diplomacy” nəşrində “Ermənistanın yeni iqtisadi strategiyası: təklifləri və nəzərə almadığı məsələlər” adlı məqaləsi dərc olunub.

Eurasia Diary məqalənin Azərbaycan dilinə tərcümə olunmuş versiyasını oxuculara təqdim edir: 

Ermənistanda Qarabağ klanı başqa sözlə desək, Robert Koçaryan və Serj Sarqsyan hökuməti Dağlıq Qarabağ müharibəsindəki qələbədən və hakimiyyəti legitimləşdirməyin yolu kimi onun üzərində nəzarətdən özlərini daxili təzyiqlərdən qorumaq üçün istifadə edib. Bununla da onlar ölkə daxilində olan iqtisadi-sosial narazılığı aradan qaldıra bilirdilər.

2016-cı ilin göstəricilərinə əsasən Ermənistanda əhalinin illik emiqrasiya səviyyəsi 4-5% təşkil edirdi ki, bu da dünya üzrə ən yüksək göstərici idi. O dövrdə orta aylıq təqaüd 90 ABŞ dolları idi və beş yaşına qədər uşaqların 20%-i kifayət qədər qidalana bilmədikləri üçün ciddi sağlamlıq problemləri ilə üzləşmişdi. Bununla yanaşı qanunsuzluğun və korrupsiyanın yüksək səviyyədə olması iqtisadi vəziyyəti daha da pisləşdirirdi.  

Lakin, 2016-cı ildə baş vermiş “4 günlük müharibə” bu legitimliyi onların əlindən aldı. Azərbaycanın cəbhə boyu bir çox strateji yüksəklikləri işğaldan azad etməsi isə Ermənistanda siyasi sabitliyi pozaraq “məxməri inqilab” üçün əsas yaratdı.

Müharibədən sonra təhlükəsizlik məsələlərinin gündəmə gəlməsi və 2015-ci ildə konstitusiyada edilmiş dəyişiklik əsasında Sarqsyanın yeni sistemdə baş nazir olaraq öz fəaliyyətini davam etdirmək istəyi əhalinin böyük narazılığına səbəb oldu və onlar kütləvi etiraz aksiyalarına başladılar.

2017-ci ildə yaxşı iqtisadi artım göstəricilərinə baxmayaraq (ÜDM 7.5% artım) Ermənistanda qeyri-bərabərliyin təsiri nəticəsində işsizlik yüksək səviyyədə, əhalinin qidalanması isə aşağı səviyyədə idi. Siyasi problemlərlə yanaşı bu qeyd edilən sosial-iqtisadi problemlər də “məxməri inqilabın”-ın formalaşmasında böyük rol oynadı.  

İqtisadi problemlərin həll edilməsi məqsədilə hakimiyyətə gələn Nikol Paşinyan hökumət “İnqilabi iqtisadi proqram”-ı təqdim etdi. Bu proqram 2019-cu ilin fevral ayında iki müxalifət partiyasının dəstəyi olmadan parlamentdə qəbul edildi.

Proqram əsasında Ermənistan hökuməti yoxsulluğun 2023-cü ilə qədər aradan qaldırılmasını, ixracın 2024-cü ilə qədər ÜDM-in 43-45%-i səviyyəsinə çatdırılmasını və illik iqtisadi artımın ən azı 5% səviyyəsində saxlanılmasını qarşıya məqsəd qoymuşdu. 

Proqramın əsas istiqamətlərindən biri Ermənistanda şəffaf, ədalətli və azad biznes mühitinin yardılmasıdır. Burada qeyd edilib ki, iqtisadi inkişafın qarşısını alan əsas amillər ədalətsizlik və imtiyazlı sinfin mövcudluğudur.

Eyni zamanda proqram əhali üzərinə böyük məsuliyyət qoyur. Proqramın müzakirəsi zamanı Paşinyan qeyd edib ki, proqramın səmərəliliyi əhalinin çağırışlara necə münasibət göstərməsindən və bu proqramın yaratdığı imkanlardan necə istifadə etməsindən asılı olacaq.

Proqramın məqsədi sosial-iqtisadi problemlərin aradan qaldırılması olsa da müxtəlif erməni ekspertlər, siyasətçilər və siyasi fəallar tərəfindən  böyük tənqidlə qarşılanıb. Onlar proqramı ən çox dəqiq struktura, mexanizmə və mərhələlərə malik olmamasına və qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün  dəqiq vaxtın müəyyən edilməməsinə görə tənqid edirlər. Proqramın parlamentdə müzakirəsi zamanı bir sıra müxalifətçi siyasətçilər qeyd edib ki, abstrakt konsepsiyalar iqtisadi inqilabı formalaşdıra bilməz və əhali siyasi iradə, davamlılıq və bilik tələb edən konkret fəaliyyət gözləyir.

Digər əsas tənqid isə hökumətin məsuliyyəti əhalinin üzərinə qoyması ilə bağlıdır. Mübahisəli məsələ ondan ibarətdir ki, iqtisadi proqram uğurlu olmasa, hökumət bunun məsuliyyətini onu seçmək üçün mübarizə aparmış əhalinin üzərinə atır. Uzun illər əhalinin bütün iqtisadi və sosial problemlərinin həllinin dövlətin əlində olması hökumətin yeni çağırışlarına qısa zamanda uyğunlaşmanı mümkünsüz edir. Cəmiyyət və iqtisadi subyektlərin bu məsuliyyəti üzərilərinə götürmələrinə hazırlamaq üçün aralıq addımlar atılmasa, yeni iqtisadi siyasətin uğurlu olacağına inanmaq çətindir. 

Yeni iqtisadi proqram eyni zamanda Ermənistanda biznes sahiblərinin qarşılaşdığı bir sıra əsas maneələri nəzərə almır. İlk olaraq onu qeyd etmək lazımdır ki, yüksək vergilər kiçik bizneslərin səmərəli olmasına və böyük bizneslərlə rəqabət aparmasına mane olur. Təsadüfi deyil ki, yeni iqtisadi proqramın müzakirəsi zamanı Paşinyan kölgə iqtisadiyyatının aradan qaldırılması üçün biznes sahiblərinə nağd əməliyyatlar zamanı qəbzləri çap etmələri üçün müraciət etmişdi. Əgər əməliyyatlar zamanı bütün qəbzlər çap edilərsə, bu kiçik bizneslərin gəlirlərinin kəskin şəkildə azalmasına səbəb olacaq və biznes mühitinə zərər vuracaq. Qəbzlərin çap edilməsi üçün müraciətdən əvvəl vergilərin azaldılması vacibdir.

Proqramda biznes sahibləri üçün nəzərə alınmayan digər maneə isə bankların kredit faizlərinin yüksək olmasıdır. Bu isə biznes subyektlərinin maliyyələşdirilməsində əhəmiyyətli rola malikdir. Kiçik bizneslər üçün zəruri maliyyə vəsaitlərinə çıxışı təmin etmədən səmərəli biznes mühitindən danışmaq mənasızdır. 

Onu da nəzərə alsaq ki, Ermənistanda böyük bizneslər əsasən oliqarxlara məxsusdur və onlar siyasi güclərindən istifadə edərək vergilərdən yayına bilirlər və yüksək faizli kreditləri ödəmək iqtidarındadırlar, o zaman yeni iqtisadi proqramın daha çox onlar üçün faydalı olduğunu görürük. Bununla yanaşı ölkədə əhəmiyyətli siyasi problemlərin mövcudluğu şəraitində hökumətin ən azı qısa zamanda böyük biznes sahiblərinə qarşı gedəcəyini düşünmək real deyil.  

Buna görə də yeni iqtisadi modeldə müəyyən edilmiş istiqamətlər və hədəflər şişirdilib və daha çox qısa müddət ərzində siyasi sabitliyin qorunmasına xidmət edir. Əgər orta müddətli dövrdə proqram qarşıya qoyulan məqsədlərə çatmazsa, o zaman bu sosial-iqtisadi narazılığı artırmaqla hökumətə qarşı təzyiqləri artıracaq. İqtisadi problemlərin “məxməri inqilabın”ın hərəkətverici qüvvələrindən biri olması onu deməyə əsas verir ki, proqramın səmərəsizliyi yeni hökumətin öz siyasi hakimiyyətini qorumasında əhəmiyyətli rola malik olacaq.

 

 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Pentaqon PUA-lar istehsalı sahəsində Rusiya və Çinə çatmaq istəyir
23:15 10.07.2025
Fransa sahillərində uperyaxta yanıb
22:46 10.07.2025
"NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər"
22:25 10.07.2025
"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
Hamısı