"Qarabağ" səfərdə "Frayburq"a qarşı keçirəcəyi matçla bağlı azarkeşlərə müraciət edib.
Ednews klubun sosial şəbəkə hesabına istinadən xəbər verir ki, "Europa Park" stadionunda görüşü izləmək istəyən fanatlar N-16 və N-17 sektorlarının giriş qapısından bilet ala bilərlər.
Biletlərin qiyməti 29 avrodur.
Qeyd edək ki, UEFA Avropa Liqasının qrup mərhələsinin I tur çərçivəsində sentyabrın 8-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.