Almaniya millisində 2022-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib.
Ednews Almaniya Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, Camal Musiala ən yaxşı oyunçu seçilib.
19 yaşlı yarımmüdafiəçi azarkeşlər arasında aparılan səsvermədə 66 faiz səs toplayıb. Kay Haverts 2-ci, Jozua Kimmix 3-cü olub.
Qeyd edək ki, 2022-ci ildə Camal Musiala Almaniya millisinin heyətində 11 oyuna çıxıb və 2 qolun ötürməsini verib.