“Qarabağ” “Qalatasaray”la oyun üçün daha bir futbolçu dəvət etdi - ednews.net

30 May, Çərşənbə axşamı

(+994 50) 229-39-11

“Qarabağ” “Qalatasaray”la oyun üçün daha bir futbolçu dəvət etdi

İdman A- A A+
"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qalatasaray”la bu gün keçiriləcək xeyriyyə məqsədli yoldaşlıq görüşünə başqa klubdan daha bir oyunçu dəvət edib. Ednews xəbər verir ki, bu, “Zirə”nin hücumçusu Hamidu Keytadır. 28 yaşlı fransalı oyunçunun bugünkü matçda meydana çıxacağı gözlənilir.  Qeyd edək ki, daha əvvəl bu görüşə "Zirə"dən Anar Nəzirov və Donald Gerye, "Şamaxı"dan isə Rauf Hüseynli və Nihad Quliyev də dəvət almışdı.  Qurban Qurbanov futbolçularının çoxunun milli komandalarda, bəzilərinin zədəli olması səbəbindən belə qərar verib.  Xatırladaq ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Qalatasaray" görüşü yerli vaxtla saat 20:00-da başlanacaq.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...