UEFA-nın radikal planı

UEFA klubların transfer xərclərinə və futbolçuların maaşına limit tətbiq etməyə hazırlaşır.
 
Ednews xəbər verir ki, bu barədə "The Times" nəşri məlumat yayıb. Bildirilib ki, qurum radikal planını 2024-cü ildə həyata keçirmək istəyir. Bu qərar qüvvəyə minəcəyi təqdirdə, klublar bir mövsümdə əldə etdikləri gəlirin 80 faizini xərcləyə biləcək. 2025-ci ildə isə bu rəqəm 70 faizə düşəcək.
 
Planın təsdiq olunsa, klublara ciddi maliyyə nəzarətinin aparılacağı bildirilir.