“Real” ayrılığı rəsmən açıqladı

“Real” futbolçusu Marko Asensio ilə yollarını ayırıb. 
Ednews xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Madrid təmsilçisi 7 mövsümdür komandanın formasını geyinən 27 yaşlı hücumçuya uğurlar arzulayıb. 
 
Qeyd edək ki, Asensio 2016-cı ildən indiyədək “Real” ilə 17 kubok qazanıb, 3  dəfə İspaniya çempionu olub və eyni sayda Çempionlar Liqasının qalibi olub.