"Bu gün məğlub olmaya bilərdik".
Ednews xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın VII tur oyunundan sonra mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis qarşılaşmanın ağır keçdiyini bildirib: "Qarabağ" çempionatımızın liderlərindəndir. Planımız irəlidə oynamaq idi. Təəssüf ki, ilk dəqiqələrdə fərdi səhvlərdən qapımızda qollar gördük".
Baxşıyev məzmunlu oyun sərgilədiklərini vurğulayıb: "Mənim istədiyim komanda budur. Tempi saxlaya bilsək, daha samballı "Qəbələ" görəcəyik".