"Bayer" idman direktoru Simon Rolfeslə yeni müqavilə imzalayıb.
Ednews klubun saytına istinadən xəbər verir ki, mütəxəssislə müqavilənin müddəti 2028-ci ilin iyununa qədər uzadılıb.
41 yaşlı Rolfes 2005-2015-ci illərdə futbolçu kimi Leverkuzen təmsilçisində çıxış edib, sonra karyerasını başa vurub.
2018-ci ildə keçmiş yarımmüdafiəçi akademiyada məşqçi vəzifəsini icra etmək üçün Leverkuzen klubuna qayıdıb. O, 2022-ci ildən klubun idman direktoru vəzifəsində çalışır.