"Liverpul" PSJ-nin hücumçusu Kilian Mbappeni almaqdan imtina edib.
Ednewsə xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.
Hazırda 24 yaşlı forvardın transferi klub üçün prioritet deyil. Klub heyətə daha gənc futbolçuları cəlb etməyi planlaşdırır.
Mbappenin PSJ ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir. Bu mövsüm o, komandanın heyətində bütün turnirlərdə 17 oyun keçirib, 17 qol vurub və 2 qolun ötürməsini verib. "Transfermarkt" portalı futbolçunun dəyərini 180 milyon avro olaraq qiymətləndirir.