"İnter"in hücumçusu Lautaro Martinez ilə yeni müqavilə imzalamağa hazırlaşır.
Ednews xəbər verir ki, bu barədə "La Gazetta dello Sport" məlumat yayıb. Yeni müqavilənin şərtlərinə əsasən, 26 yaşlı forvard vergi ödənişləri nəzərə alınmaqla, illik 7 milyon avro qazanacaq. Beləliklə, o, “İnter”in ən çox məvacib alan futbolçusu adına yiyələnəcək. Yeni müqavilə 2028-ci ilə qədər qüvvədə olacaq.