“Sevilya”nın ev oyunlarını keçirdiyi "Ramon Sançes Psixuan" stadionu söküləcək.
Ednews xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Arenanın sökülməsi və yerində yenisinin tikilməsi qərara alınıb.
Yeni arena müasir və daha geniş olacaq. Azarkeş tutumu 55 000 nəfər olacağı nəzərdə tutulub. Hazırkı stadion 43 883 tamaşaçı tutumuna malikdir.
Qeyd edək ki, "Ramon Sançes Psixuan" stadionu 1958-ci ildə istifadəyə verilib.