Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella 2026-cı il dünya çempionatının D qrupunun I turunda Avstraliyaya 0:2 hesabı ilə məğlub olduqları oyunu şərh edib.
EDnews xəbər verir ki, italiyalı mütəxəssis matçdan sonra komandasının çıxışı barədə danışıb.
Montella bildirib ki, qarşılaşma taktiki baxımdan gözlədikləri kimi keçib:
“Matç taktiki baxımdan gözləntilərimizdən kənar keçmədi. Bilirdik ki, rəqib müdafiəyə çəkilərək fürsət gözləyəcək. Onlar əks-hücumlardan da səmərəli istifadə etdilər. İki qol buraxdıq və buna görə çox məyusuq”.
Baş məşqçi qeyd edib ki, Türkiyə millisi oyunda qol epizodları yaratsa da, onlardan istifadə edə bilməyib.
“Əgər qol vura bilsəydik, matçın gedişi tam fərqli ola bilərdi. Amma futbolda belə məqamlar nəticəyə birbaşa təsir edir”, — deyə Montella vurğulayıb.
O əlavə edib ki, komanda növbəti oyunlara daha ciddi hazırlaşmalı və buraxılan səhvlərdən nəticə çıxarmalıdır.







