Avropa İttifaqının(Aİ) ən güclü dövləti olan Almaniyada inflyasiya son 50 ilin ən yüksək səviyyəsinə çatıb.
Ednews xəbər verir ki, Almaniyada iyul ayında yüzdə 7,5 olan illik inflyasiya, Rusiya-Ukrayna müharibəsi nəticəsində 7,9 faizə qədər yüksəlib.
Rusiya Ukrayna müharibəsi səbəbilə artan enerji və ərzaq qiymətlərinin son artımı ilə əlaqədar 1974-cü ildən bu yana uçot dərəcəsi ən yüksək səviyyəyə çatıb. Ölkədə inflyasiya 0,3 faiz artıb.
İqtisadçılar Almaniyadakı inflyasiyanın artmasının səbəbini “Avropa Mərkəzi Bankı”nın gələcək aylarda faiz dərəcələrini daha da artırmaq imkanının gücləndirməsində görür.
Günay Babayeva