Rusiyanın işğalından sonra Ukraynaya dəstək verən Almaniyadan Vladimir Zelenskiyə bəd xəbər gəlib.
Ednews xarici mediaya istinadən xəbər verir ki, Almaniya Ukraynaya silah yardımını dayandırmağa qərar verib.
Almaniyanın Müdafiə Naziri Kristina Lambrext bildirib ki, artıq Ukraynaya silah vermək mümkün deyil. O, bu haqda paytaxt Berlin yaxınlığındakı Meseberq qəsəbəsində keçirilən iclasda açıqlama verib.
Rusiyaya qarşı müdafiə üçün Almaniya Silahlı Qüvvələrinin ehtiyatlarından Ukraynaya silah yardımı edildiyini bildirən Kristina Lambrext yardımların davam edəcəyi təqdirdə Almaniya Silahlı Qüvvələrinin milli və ittifaq müdafiəsini təminatda problemlər yaşaya biləcəyini bildirib.
Günay Babayeva