Almaniyanın Alp dağlarında yerləşən Cənubi Şniferner buzlağı iqlim dəyişikliyi səbəbindən əriyib.
Ednews "Daily Mail"-ə istinadən xəbər veri ki, Bavariya Elmlər Akademiyasının alimlərinin verdiyi açıqlamaya görə, ölkənin ən hündür zirvəsi Zuqspitzenin cənubunda yerləşən Cənubi Şneferner buzlağının bir çox bölgəsində qalınlıq təxminən 2 metrdir.
Mütəxəssislər bildiriblər ki, aparılmış ölçmələrə görə, son 4 ildə buzlaq yarıya qədər kiçilib və iki il ərzində tamamilə əriməsi gözlənilir. Beləliklə, Almaniyada əvvəllər beş olan buzlaqların sayı artıq dördə enib.
Alimlər deyirlər ki, Avropada bir çox buzlaqlar insanların yaratdığı iqlim dəyişikliyi səbəbindən yox olurlar.
Nəzrin Beydiyeva