Polşa Almaniyaya nota verdi - ednews.net

30 Noyabr, Çərşənbə

(+994 50) 229-39-11

Polşa Almaniyaya nota verdi

Dünya A- A A+
Polşa Xarici İşlər Nazirliyi Berlinə diplomatik nota göndərib.
 
Notada İkinci Dünya müharibəsi zamanı dəymiş zərərin ödənilməsi tələb edilir.
 
“Yenicə parafladığım bu diplomatik nota Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyinə təqdim olunacaq”, - deyə Polşanın xarici işlər naziri Zbiqnev Rau qeyd edib.
 
Beləliklə, Varşava rəsmi olaraq Berlinə müharibə təzminatlarının ödənilməsi üçün ərizə təqdim edir. Notanın bu gün göndəriləcəyi gözlənilir.
 
Sənəddə deyilir ki, tərəflər “1939-1945-ci illərdə alman işğalının nəticələrinin daimi həlli” üçün tədbirlər görməlidirlər.
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...