Almaniyanın Drezden şəhərində radiostansiyaya hücum edən, daha sonra insanları girov götürən şəxs zərərsizləşdirib.
Ednews xəbər verir ki, bu barədə məşhur "Bild" nəşri məlumat yayıb. Məlumata görə, təxribatçı polisin keçirdiyi əməliyyat nəticəsində öldürülüb.
Polis girovların azad edilməsi zamanı ona atəş açmaq məcburiyyətində qalıb.
Hüquq-mühafizə orqanları həmin şəxsin ruhi xəstə olduğunu güman edirlər. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.