Almaniyada COVID-19 pandemiyasının bitdiyi elan edilib.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Berlində fəaliyyət göstərən “Şarite” klinikasının virusologiya şöbəsinin müdiri, Almaniya Federal Hökumətinin Koronavirus Şurasının üzvü Kristian Drossen bildirib:
“Bu qış koronavirusun ilk endemik dalğasını yaşayırıq. Bu, pandemiyanın sona çatdığını göstərir. Qışın sonunda əhalidə COVID-19-a qarşı immunitet o qədər güclü və sabit olacaq ki, yayda virusun kütləvi şəkildə yayıla bilməsi ehtimalı azdır”.