Günlərdir casus qalmaqalı ilə sarsılan Almaniyada olaylar davam edir.
“Bild” qəzeti Qərb ölkəsinin kəşfiyyatı olan BND əməkdaşlarından birinin Rusiyaya məlumat sızdırması barədə məlumat verib.
Ednews xəbər verir ki, bunun üzərinə BND-nin Carsten L.-ni aylarla izlədiyi və araşdırdığı qeyd edilib.
Ötən həftə basqın zamanı həbs edilən Carsten L.-nin evindən çoxlu sayda sənəd və elektron əşyalar müsadirə edilib.
Bildirilir ki, BND-nin texniki təqib bölməsinin baş meneceri Carsten L. Ukrayna ilə bağlı vəziyyətin qiymətləndirilməsi hesabatlarını Rusiyaya sızdırıb.
Ancaq alman kəşfiyyatçısının Rusiyaya nə üçün məlumat verdiyi hələ aydın deyil.
WDR və NDR media orqanları Rusiyanın Carsten L.-ni şantaj etdiyinə dair iddiaları irəli sürüblər.
Nəzrin Eldarqızı