Ukraynadakı müharibəni işıqlandıran Almaniyanın BILD nəşrinin jurnalisti Byorn Stritzel qəlpə yarası alıb.
Ednews xəbər verir ki, bu barədə BILD-in baş redaktoru Yohannes Boye “Twitter” səhifəsində yazıb.
“BILD-in müxbiri Byorn Stritzel Rusiyanın Ukraynadakı təcavüzünü işıqlandırarkən qəlpələrdən yaralanıb.
O, təhlükədə deyil (mümkün qədər) və zədəsi çox da ciddi hesab edilmir. Lakin bu, Ukraynada müxbirlərin həqiqəti söyləmək üçün keçdikləri bütün çətinlikləri xatırladır”.