Almaniyanın paytaxtında bütün uçuşlar LƏĞV EDİLDİ - ednews.net

4 Fevral, Şənbə

(+994 50) 229-39-11

Almaniyanın paytaxtında bütün uçuşlar LƏĞV EDİLDİ

Dünya A- A A+

Almaniyanın Berlin-Brandenburq Hava Limanında (BER) bütün uçuşlar ləğv edilib. 

Ednews xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb hava limanındakı işçilərin tətilə çıxmasıdır. 

Kollektiv danışıqların nəticəsiz qalması səbəbiylə təşkil edilən tətilə qatılan çox sayda personal səhər saatlarından etibarən hava limanında toplaşıb. 

İştirakçıların əsas tələbləri sırasında onların iş imkanlarının yaxşılaşdırılması yer alır. Aksiyada işəgötürənlərin güzəştə getməməsi halında daha çox tətillərin təşkil ediləcəyi barədə xəbərdarlıq edib. 
Bu səbəbdən bütün uçuşlar ləğv edilib. Tətildən xəbərsiz olaraq hava limanına gələn bəzi sərnişinlər rəsmilərin xəbərdarlığından sonra geri dönməli olublar. 

Qeyd edək ki, son günlər Berlində bir çox iş yerlərində tətil dalğası hökm sürür. 

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...