Türkiyənin Hatay vilayətində baş verən zəlzələnin 147-ci saatında 10 yaşlı qız uşağı dağıntılar altından xilas edilib.
Ednews xəbər verir ki, episentri Kahramanmaraş vilayətində olan zəlzələ nəticəsində dağılan binaların dağıntılarında axtarış-xilasetmə işləri davam edir.
Cudi adlı qız uşağı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.