Türkiyədə 10 günlük körpə zəlzələnin dağıntıları altından xilas edilib.
Ednews xəbər verir ki, zəlzələnin baş verdiyi bölgələrdən biri olan Hatayda 10 günlük körpə uzun sürən axtarışlardan xilas olunub.
Qeyd edək ki, körpədən öncə anası xilas olunub. Xilas olunan ana övladının dağıntılar altında qaldığını bildirdikdən sonra körpənin axtarışlarına başlanılıb. Və 10 günlük körpə axtarışların nəticəsində xilas olunub.