Almaniya hökuməti İranın bölgədəki təxribatçı hərəkətləri barədə molla rejiminə xəbərdarlıq edib.
Ednews xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin İran təhdidi ilə bağlı yaydığı bəyanatda bildirilib.
Bəyanata əsasən İran rejiminin xüsusən İraq və Suriyadakı qıcıqlandırıcı və sabitliyi pozan fəaliyyətləri tənqid edilib.
Bununla yanaşı, Almaniya dövləti Tehranın nüvə proqramının inkişaf etdirilməsinə yönəlmiş səylərinin də təhlükə doğurduğunu bildirib.
Bəyanatın sonunda Tehran rejimindən repressiyalara son qoyması və barbar üsullardan istifadə edərək etirazları yatırmağı dayandırması tələb olunub.