Fransada bir qrup qadın tələbə pensiya islahatına qarşı nümayiş zamanı saxlanıldıqdan sonra polis məmurları tərəfindən cinsi təcavüzə məruz qalmaları ilə bağlı şikayət ərizəsi təqdim etməyə hazırlaşırlar.
Ednews “gazeta.ru”ya istinadla xəbər verir ki, bu barədə Franceinfo məlumat yayıb.
Belə ki, qızlar martın 14-də Nant şəhərinin dairəvi yolunda həmkarlar ittifaqları və tələbələrin təşkil etdiyi aksiyada saxlandıqlarını bildiriblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının bildirdiyinə görə, saxlanılmağa səbəb sənədlərin yoxlanılması olub. Lakin tələbələri izdihamın arasından qoparıb şöbəyə aparıb, daha sonra isə üzərlərində axtarış aparıblar.
Fransız qadınlar iddia ediblər ki, “axtarış” zamanı qadın polis məmuru dəfələrlə onların cinsi orqanlarına toxunub.