ABŞ-da bu tarixdə uçan taksi xidməti işə başlayacaq - ednews.net

30 May, Çərşənbə axşamı

(+994 50) 229-39-11

ABŞ-da bu tarixdə uçan taksi xidməti işə başlayacaq

Dünya A- A A+
“United Airlines” və “Archer Aviation”ın birgə əməkdaşlığı çərçivəsində 2025-ci ildə Çikaqoda uçan taksi xidməti fəaliyyət göstərəcək.
 
Ednews "Fox News" nəşrinə istinadən xəbər verir ki, iki şirkət elektriklə işləyən təyyarə ilə şəhərdə ilk hava taksi marşrutunu işə salmağı planlaşdırdıqlarını açıqlayıb.
 
Sərnişinlər pik saatlarda trafikdə qalmadan “Archer's Midnight” təyyarəsi ilə şəhərin mərkəzindən hava limanına təxminən 10 dəqiqəyə gedə biləcəklər.
 
Qeyd edək ki, “United Airlines” keçən il 1 milyard dollarlıq müqaviləyə imza ataraq, 200-ə qədər “Archer” uçan taksisi almağa razılıq verib.
 
“Archer's Midnight” təyyarəsi eyni anda dörd müştəri daşıya biləcək.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...