Fransada aksiyalar yenidən başladı - 13 min polis səfərbər olunub - ednews.net

1 İyun, Cümə axşamı

(+994 50) 229-39-11

Fransada aksiyalar yenidən başladı - 13 min polis səfərbər olunub

Dünya A- A A+
Fransada pensiya sisteminin dəyişdirilməsindən narazı olanlar yenidən küçə və meydanlara çıxıblar.
 
Ednews  xarici KİV-ə istinadən xəbər verir ki, mitinqlər ölkənin bütün ərazisində keçirilir.
 
Hüquq-mühafizə orqanları Lion şəhərindəki aksiyalarda iğtişaş törədilə biləcəyi barədə xəbərdarlıq edib.
 
Paytaxt Parisdə və digər şəhərlərdə 13 min polis və jandarma əməkdaşı asayişi qorumaq üçün səfərbər edilib.
 
Xatırladaq ki, Fransanın Baş naziri Elizabet Born ölkə konstitusiyasının 49-cu maddəsinin 3-cü bəndini işə salaraq pensiya islahatı barədə qanun layihəsini Milli Assambleyada (parlamentin aşağı palatası) səsverməyə çıxarmadan qəbul etdirib.
 
Bundan sonra ölkənin müxtəlif şəhərlərində minlərlə insanın iştirakı ilə nümayişlər başlayıb. Polis etirazçıları dağıtmaq üçün dəfələrlə xüsusi vasitələrdən istifadə etməli olub.
 
Martın 16-da Fransa Senatının yuxarı palatası pensiya islahatları barədə qanun layihəsini dəstəkləyib.
 
Aksiyalarda indiyə qədər 500-ə yaxın adam həbs edilib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...