Almaniya nüvə enerjisi ilə vidalaşır.
Ednews Rainews-a istinadən xəbər verir ki, ölkədə altmış il əvvəl kiçik Kahl zavodu ilə başlayan nüvə dövrü başa çatır.
Almaniya hökuməti hələ də aktiv olan son üç AES-in bağlanmasının təxirə salınması təklifinə imtina edib. Bununla da aprelin 15-də son üç reaktor bağlanacaq.
Müxalifətin və hətta kansleri Olaf Şolzın rəhbərlik etdiyi koalisiyanın bir hissəsi olan Azad və Demokratlar Partiyasının nümayəndələri nüvə enerjisinin həddən artıq istifadəsini riskə gətirib çıxaracağını və iqlimə zərərli olduğunu bəyan ediblər.
Kanslerin sözçüsü Christiane Hoffmann qeyd edib ki, nüvə enerjisinin dayandırılması aprelin 15-nə qədər başa çatmış bir razılaşmadır.
Mehri Ağayeva