Amerikalı hərbçilər Ukrayna ərazisindəki hərbi əməliyyatlarda iştirak etmir.
Ednews xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Patrik Rayder “Washington Examiner” qəzetinə müsahibəsində açıqlayıb.
“ABŞ-ın Ukraynada hərbi birləşməsi yoxdur. Biz Rusiya ordusuna qarşı heç bir hərbi əməliyyat aparmırıq. Birləşmiş Ştatlar bütün diqqətini Ukraynaya dəstəyə və təhlükəsizlik sahəsində lazım olan yardımlara yönəldib”, - deyə Patrik Rayder bildirib.
Qeyd edək ki, bir müddət öncə Ukraynada NATO-nun 97 hərbçisi, o cümlədən 14 amerikalı əsgər fəaliyyət göstərdiyinə dair iddialar yayılmışdı və Pentaqon bu iddiaları cavabsız qoymuşdu.