Fransa Ermənistana silah tədarük etməyə başlayıb.
Ednews xəbər verir ki, bu barədə İsrailin "i24news" nəşri yazıb.
Mənbə yazır ki, razılıq Ermənistanın müdafiə naziri Suren Papikyanın ötən ilin sentyabrında Parisə səfəri zamanı əldə olunub.
Əvvəlcə 50 zirehli texnika, daha sonra “Minstrel” hava hücumundan müdafiə raketləri gətiriləcək.