BAMF-ın tərəfdaşı Heidi Kuhn: "Biz minalanmış əraziləri bağlara çevirməliyik"

Dünya 10:45 26.05.2023
"Sülhün Kökləri" təşkilatının təsisçisi və rəhbəri Heidi Kühn Bakıda keçirilən "Minalarla mübarizə - Dayanıqlı İnkişaf Məqsədlərinə gedən yol" mövzusunda beynəlxalq konfrans iştirakçılarına onlayn müraciət ünvanlayıb.
 
Ednews müraciəti təqdim edir:
 
"Dayanıqlı inkişaf məqsədlərinə çatmaq üçün nəzərdə tutulan bu mühüm konfransın hörmətli qonaqlarına ürəkdən salamlarımı çatdırıram. Mən bu ayın əvvəlində Dünya Ərzaq Mükafatı Laureatı elan edilən zaman Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən Alfred Nobelin evinə dəvət olunmaqdan şərəf hissi duydum. Kənd Təsərrüfatı üzrə Nobel Sülh Mükafatı 1866-cı ildə Alfred Nobelin dinamiti ixtira etdiyi kimi bu xəbəri də məhz Nobelin evində almaq tam yerinə düşdü, bu mayın 9-da Qarabağ ərazisində 6 tank əleyhinə minanı partlatmaq üçün istifadə etmiş olduğum həmin dinamit idi. ANAMA-nın cəsur minatəmizləyiciləri məni məhvedici minalanmış sahələrdən keçirdilər.
 
Bu gün mən sizinlə Kaliforniyanın San Rafael şəhərindən Kün ailəsinin evindən danışıram, 1997-ci ilin sentyabrında minaları bütün dünyada çiçəklənən üzüm bağlarına çevirmək arzusu baş qaldırdı. Hələ əsrin dörddə biri keçdikdən sonra kənd təsərrüfatı vasitəsilə sülhün yetişdirilməsinin əhəmiyyətini yenicə başlayan bu önəmli iş heç vaxt bu qədər vacib olmamışdır, çünki biz 60-dan çox ölkənin təxminən üçdə birində 100 milyon mina və partlamamış hərbi sursatın olduğu bir dünyada yaşayırıq.
 
Azərbaycan dünyanın ən yaxşı şərablarından birini istehsal edən, bir vaxtlar yamyaşıl üzüm bağları olan indi isə 1 milyondan çox mina və partlamamış hərbi sursatla çirkləndirilən dünyanın ən çox minalanmış ölkələri sırasındadır. Biz qanı şəraba, minalanmış sahələri üzüm bağlarına, qılıncları şumlama alətlərinə, bəli, minaları üzümlüklərə çevirməyə çalışmalı, müharibənin yarasını sağaltmaq üçün insanlığa xidmət etməliyik.
 
4 mart 2022-ci ildə mən beynəlxalq qadınlar günü münasibəti ilə Azərbaycanın minalanmış sahələrinə ilk addımlarımı atdım, Ukraynada müharibənin başlamasından cəmi bir həftə keçməsinə baxmayaraq, bu gün Ukraynanın 30%-dən çox ərazisinin mina və partlamamış hərbi sursatlarla çirkləndirilməsini  dərk etmək şok edicidir. Həmin ölkə bir vaxtlar Avropanın çörək səbəti kimi tanınırdı.
 
ANAMA-nın cəsur minaaxtaranları məni Qarabağın keçmiş üzüm bağlarına doğru apararkən 8 tank əleyhinə minanın partladılmasını eşitmək acılı şirinli bir an idi və sonra dərin bir ah çəkərək başa düşdüm ki, əvvəllər bənövşəyi üzümlükləri olan qara bağ daha sonra milyonlarla insanı öz qoynunda basdırıb.
 
Bu gün bura, əkinçinin addımlarını və ya anaları üçün çiçək dərən uşağın səndəllərini özünə cəlb edən məhvedici minalarla əks olunan qara bağdır.
 
2023-cü ilin analar günü münasibəti ilə BAMF-ın prezidenti cənab Umud Mirzəyevin kəndinə ziyarət etmək, onun sevimli vətəni Füzulinin minalanmış sahələrini, müharibənin nə qədər dağıdıcı olmasının şəxsən şahidi olmaq üçün Qarabağa qayıtdım. 50 qadın ucqar kəndlərinə heç vaxt amerikalı ananın gəlməsini görmədikləri üçün məni hərarətlə qucaqladılar.
 
Onlar bir-bir mənimlə ər, oğul və uşaqlarını müharibənin partlayıcı qalıqlarında necə itirdiklərinin ağrıverici hekayələrini bölüşdülər; biz onlarla birgə yer üzündən minaların məhv edilməsi və torpağı kənd təsərrüfatı ilə bərpa etmək üçün bir bəyannamə imzaladıq. Qadınlar olaraq, biz həyat toxumlarını əkərək və övladlarını müharibədə itirən bütün dünyadakı analarla həmrəyik. Bununla belə, minaları üzüm bağına çevirmək üçün bu qlobal təşəbbüs kifayət qədər tez bir zamanda baş tutmaya bilər, mən şəxsən 26 aprel 2023-cü ildə minaya ayaq basaraq faciəvi şəkildə xəsarət alan, 34 yaşlı gənc ata olan Xəzər Babaşovun əlindən tutmaq üçün onun müalicə aldığı xəstəxananı ziyarət etdim.
 
Mən onun gözlərinin içinə baxaraq, anası çiynimin üzərindən ağladığı zaman o, mənə 4 yaşından kiçik 3 azyaşlı uşağı haqqında danışdı, mənim ona yeganə sözüm bu oldu ki, mina və minalanmaya  dair məlumatlılığı artırmaq üçün əlimdən gələni edəcəyəm ki, özü kimi gənc atalar heç vaxt belə bir faciə ilə üzləşməsin. Bununla da özü kimi gənc atalar heç vaxt ailəsini necə təmin edəcəkləri ilə bağlı qeyri-müəyyən gələcəyi olan bir ayağını itirmək məcburiyyətində qalmasınlar.
 
Bəşəriyyət daha da irəli getməli və 18 davamlı inkişaf məqsədini irəli sürmək üçün bu mühüm konfransın platformasından istifadə etməliyik, 17-ci dayanıqlı inkişaf məqsədi üçün dünyada minaların məhv edilməsi yer üzündə minalar olduqda həyata keçirilə bilməz. 1945-ci il iyunun 26-da vətənim San-Fransisko Kaliforniyada Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinin hazırlanmasına hörmət əlaməti olaraq “Sülhün Kökləri” və BAMF-ın baş katib Antonio Quterreşə göndərdiyi məktubu dəstəklədiyinə görə Azərbaycan prezidenti Əliyevin rəhbərliyini alqışlayıram.
 
Bu yaxınlarda etdiyim səfər zamanı biz Azərbaycanda bir neçə bağda sülh köklərinin ağaclarını, 100 ağacla həyat kökü əkdik. İnanıram ki, bu ağaclar gələcək nəslin çiçəklənməsi üçün öz bəhrəsini verəcək və bu hündür ağacların xidmət edəcəyi bir gün dünyanın minaların törətdiyi nifrət toxumunu bir yerdən silmək üçün birləşdiyi günü Bakıda xatırladacaq və biz də bunu paylaşacağıq, inşallah.
 
2023-cü il Dünya Ərzaq Mükafatının fəxrli laureatı kimi ümid edirəm ki, siz 24 oktyabr Birləşmiş Millətlər Təşkilatı günündə Ayova ştatının Des Moyn şəhərində mənimlə birlikdə olacaqsınız və bu qeyri-adi konfrans üçün liderlərin Bakıda keçirilən tarixi toplantısından əldə edilən nailiyyətləri dünyaya göstərəcəksiniz. Gəlin birlikdə minaları üzümlüklərə çevirək və indi yer üzündə sülhün köklərini əkək".
 
 

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
Hamısı