BMT: Suriyada humanitar böhran kəskinləşib

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, 12 illik müharibə dövründə ilk dəfə olaraq Suriyanın bütün bölgələrində əhali "humanitar stress" yaşayır. Belə ki, 15,3 milyon insan - əhalinin təxminən 70%-nin humanitar yardıma ehtiyacı var.

Ednews "skynews" mediasına istinadən xəbər verir ki, 14 milyondan çox suriyalıya humanitar yardım üçün 5,4 milyard dollar tələb olunur. Lakin bu məbləğin 10%-dən az hissəsi qarşılanıb. BMT-nin Ümumdünya Ərzaq Proqramı xəbərdarlıq edib ki, əlavə vəsait olmasa, 2,5 milyon insan gələcək aylar ərzində qida riski ilə üzləşə bilər.

Zəlzələdən sonra Suriya xalqının humanitar yardıma ehtiyacı daha çox artıb.  

14-15 iyun tarixlərində Brüsseldə Avropa İttifaqının ev sahibliyi edəcəyi konfransda Suriyada yaşanan humanitar böhran müzakirə olunacaq.

 

Törə Zeynal