"Minsk İrəvanla strateji tərəfdaşlığın inkişafına ümid edir" Lukaşenko

Belarus lideri əmindir ki, zəngin idarəçilik təcrübəsi Ermənistanın baş nazirinə ölkənin qarşısında duran vəzifələrin öhdəsindən uğurla davam etdirməyə imkan verəcək.

Ednews “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Belarus lideri əmindir ki, zəngin idarəçilik təcrübəsi Ermənistanın baş nazirinə ölkənin qarşısında duran vəzifələrin öhdəsindən uğurla davam etdirməyə imkan verəcək.

Minsk hərtərəfli tərəfdaşlığın inkişafı məqsədi ilə İrəvanla  konstruktiv dialoqun davam edəcəyini gözləyir. Bu barədə Belarus prezidenti Aleksandr Lukaşenkonun Ermənistanın baş naziri Nikol Paşinyana ad günü münasibətilə ünvanladığı təbrikdə deyilir.

Lukaşenko əmindir ki, Paşinyanın zəngin idarəçilik təcrübəsi, dövlət problemlərinin həllinə peşəkar yanaşması bundan sonra da Ermənistanın siyasi və sosial-iqtisadi sahədə üzləşdiyi çağırışların öhdəsindən uğurla gələcək və erməni xalqının maraqları naminə qarşıya qoyulan bütün məqsədlərə nail olacaq.

Aysel Şahmar