BƏƏ İranla qarşılaşa bilmədiyi üçün ABŞ-dan məyus oldu

BƏƏ Xarici İşlər Nazirliyi iki ay əvvəl ölkənin Fars körfəzində ticarət yollarını və gəmiləri qorumaq üçün Birləşmiş Ştatların yaratdığı Birləşmiş Dəniz Qüvvələri formatında iştirakını dayandırdığını təsdiqləyib.
 
The Wall Street Journal-ın mənbələri bildiriblər ki, Əmirlik rəsmiləri bu yaz iki tankerin İran tərəfindən saxlanılmasına ABŞ-ın nə qədər az reaksiya verməsindən məyus olublar. WSJ həmçinin qeyd edir ki, regionda İranla qarşı-qarşıya gələ bilməməsi ölkə hakimiyyətini dəniz təşəbbüsündən geri çəkilmək barədə düşünməyə vadar edib.
 
2022-ci ilin may ayında İran Fars körfəzində Yunanıstan bayrağı altında üzən iki Yunan tankeri Delta Poseidon və Prudent Warrior-u da saxlayıb. Tehran ələ keçirmənin Yunanıstanın İran neftini daşıyan Rusiya gəmilərini saxlamasına cavab olduğunu bildirib.
 
Nurlana
İlham Əliyev xalqa müraciət edir - Canlı