Ermənistan sülh müqaviləsinin imzalanması üçün TƏMİNATÇI AXTARIR

"Rusiya, Aİ və ABŞ Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin qarantı olmağa hazırdırlar, lakin bunun üçün ən güclü mexanizm seçmək lazımdır".
 
Ednews  xəbər verir ki, bu barədə informasiyanı Ermənistan parlamentinin spikeri Alen Simonyan səsləndirib.
 
"Yaxşı olar ki, bir ölkə qarant dursun, amma kimin (ölkə nəzərdə tutur) duracağı bilinmir", - deyə Simonyan bildirib.
 
“Mütləq üçüncü ölkə sülh müqaviləsinin təminatını öz üzərinə götürməlidir və bütün təminatlara söz verməlidir. Danışıqlarda iştirak edən mərkəzlər isə əldə olunmuş razılaşmaların əməl olunmasına nəzarət edəcəklər”, - deyə o yekunlaşdırıb.
Qənirə Paşayevanın son müsahibəsi - VİDEO