Beyrutda 2020-ci ilin avqustunda limanda baş verən partlayış nəticəsində həlak olanların ailələri Livan Ədliyyə Nazirliyinin qarşısında etiraz aksiyası keçirib. Etirazçılar partlayışla bağlı təhqiqatların tamamlanmasını tələb ediblər.
Ednews BƏƏ-nin "24ae" saytına istinadən xəbər verir ki, əhali hökuməti partlayışla bağlı məsuliyyət daşıyan hər kəsi istintaqa cəlb etməyə çağırıb. Bildirilib ki, aksiyalar istintaq sona çatana və ədalətli qərar verilənədək dayandırılmayacaq.
2020-ci il avqustun 4-də Beyrut limanında baş verən partlayış nəticəsində şəhər infrastrukturuna ziyan dəyib, 230-dan çox insan həlak olub, 6000-dən çoxu yaralanıb, 300 min nəfər evsiz qalıb.
Hadisə ilə bağlı təhqiqatlar il yarımdan çoxdur ki, dayandırılıb. Partlayışın üzərindən 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də cavabdeh şəxslər istintaqa cəlb edilməyib.
Törə Zeynallı