Türkiyə komandolarını Kosovaya GÖNDƏRDİ

Türkiyə Kosovonun şimalında regional təhlükəsizliyə və sabitliyə zərər vuran son hadisələrin dialoq yolu ilə həlli üçün tərəfləri təmkinli olmağa çağırır. 
 
Ednews  xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyinin bəyanatında deyilir. 
 
“Kosovoda baş verən hadisələrdən sonra daha əvvəl NATO Kosovo Qüvvələrinə (KFOR) təyin edilmiş 65-ci Mexanikləşdirilmiş Piyada Briqada Komandanlığımıza (Kırklareli) bağlı komando batalyonu NATO Birgə Qüvvələr Komandanlığının (İtaliya) tələbinə əsasən təyin edilib.
 
Göndərilən batalyonun 4-5 iyun 2023-cü il tarixlərində Kosovodakı Sultan Murat kazarmasında yerləşdirilməsi planlaşdırılır”. 
 
Qeyd edək ki, son günlərdə serblərin çoxluq təşkil etdiyi Kosovanın şimal bölgələrində gərginlik xeyli artıb.