Erməni silahlılarının fortifikasiya qurğuları quraşdırmaq cəhdinin qarşısı alındı

Saat 12:20 radələrində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
 
Bu barədə Ednews-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
 
Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.