Rusiyanın xarici işlər naziri Sergey Lavrov 5-6 iyun tarixlərində Tacikistana rəsmi səfər edəcək .
Ednews xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.
Lavrovun Tacikistanda Mərkəzi Asiya ölkəsinin xarici işlər naziri Sirociddin Muhriddin ilə danışıqları, həmçinin prezident Emoməli Rəhmonla görüşü planlaşdırılır .
“Təmaslar zamanı ikitərəfli münasibətlərin aktual məsələlərini, Moskva və Düşənbə arasında müttəfiqliyin gələcək inkişaf perspektivlərini müzakirə etmək planlaşdırılır.”, – məlumatda deyilir.
Tərəflər əsas beynəlxalq platformalarda Moskva və Düşənbənin koordinasiyasına diqqət yetirəcəklər.