“Çin iqtisadiyyatı xarici sərmayələrə açıqdır, bu, uzunmüddətli milli strategiyadır və ölkə ondan kənara çıxmaq niyyətində deyil”.
Ednews-un Reuters-ə istinadən verdiyi məlumata görə, Şanxayda keçirilən İnkişaf Forumunda belə bir mesajla yüksək səviyyəli Çin rəsmiləri çıxış ediblər.
Son aylarda Çində David Solomon (Goldman Sachs), Elon Mask (Tesla), Tim Kuk (Apple), Patrick Gelsinger (Intel), Meri Barra (General Motors), Stiven Şvarsman (Blackstone) və Cemi Dimon (JPMorgan) kimi böyük Qərb şirkətlərinin rəhbərləri iştirak edib.
Bununla belə, qeyd olunur ki, skeptisizmə qalib gəlmək mümkün deyil. Problem ABŞ-ın təzyiqi, məlumat təhlükəsizliyi və Çin prezidentinin milli təhlükəsizlik məsələlərinə diqqət yetirməsi olaraq qalır.
Sonuncu amil son vaxtlar məsləhətləşmə və hüquqi araşdırmalar aparan xarici şirkətlərin fəaliyyətinin məhdudlaşdırılmasına səbəb olub.
Milli Maliyyə Tənzimləmə Qurumunun rəhbəri Li Yunze, Citigroup-un baş direktoru Ceyn Freyzerlə söhbətində onu bazarlarının açıqlığına və maliyyə tənzimləyicilərinin buna sadiqliyinə əmin etdi. Çin Qiymətli Kağızları Tənzimləmə Komissiyasının rəhbəri Yi Huiman bildirib ki, Pekin bazara girişin tənzimlənməsinin ləğvi üzərində işləməyə davam edir.
Nurlana Hacıyeva