Avqustun son həftəsində Rusiya prezidenti Vladimir Putinin Rəcəb Tayyib Ərdoğanın təklifi ilə Türkiyəyə səfəri dünya siyasi gündəmini zəbt edib. Siyasi ekspertlər görüşlərdə hansı məsələlərin müzakirəsi olunacağı barədə müxtəlif rəylərlə çıxış edir.
Bu dəfə Putinin görüşü ilə bağlı proqnozları israilli ekspertlər verib. Ednews xəbər verir ki, siyasi analitiklərin fikrincə görüşdə iki mövzu daha aktual olacaq.
“Müzakirə taxıl blokadası, taxıl ixracı və bir növ razılaşmadan gedəcək.
Zəngəzur dəhlizinin açılması da müzakirəyə açıq mövzudur. Bu mövzular birlikdə çox təhlükəli hadisədir, çünki Rusiya Ukrayna probleminə görə Türkiyə ilə bəzi məsələlərini bağlamaq üçün bu vəziyyətdə də müəyyən addımlar ata bilər”, - deyə onlar qeyd ediblər.
Nurlana