Yaxın vaxtlarda taxıl sövdələşməsi bərpa oluna bilər.
Ednews xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə Soçidə apardığı danışıqların yekunlarına dair öz X səhifəsində (keçmiş Twitter) bildirib.
“Diqqətimizi cəmlədiyimiz məsələlərdən biri Qara dəniz təşəbbüsünün aktivləşdirilməsi idi. Bu kontekstdə biz BMT ilə birlikdə yeni təkliflər paketi hazırlamışıq. Türkiyə olaraq inanıram ki, tezliklə gözləntiləri doğruldan həllə nail olacağıq”, - deyə Türkiyə lideri bildirib.
Türkiyə prezidenti Putinlə görüşdə Rusiyanın taxıl müqaviləsi ilə bağlı gözləntilərini ədalətli adlandırıb. Ərdoğan həmçinin etiraf edib ki, hələlik Qara dəniz təşəbbüsünə təsirli alternativ yoxdur.
Nurlana