Türkiyənin Ədirnə vilayətinin Bolqarıstanla sərhəddə yerləşən Vaysal kəndi yaxınlığında meşədə yanğın başlayıb.
Ednews “Hürriyət”ə istinadən xəbər verir ki, ilkin olaraq yanğına qanunsuz yolla Bolqarıstana keçmək istəyənlərin qaladıqları ocağın səbəb olması ehtimal edilir.
Əraziyə yanğınsöndürənlər cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.