Bu gün səhər saatlarından etibarən Ermənistanın paytaxtı İrəvanda Ümumxalq Hərəkatının itaətsizlik aksiyası başlayıb.
Bu barədə Ednews-a Ermənistan mediası məlumat yayıb.
Əvvəlcə etirazçılar Saryan və Tumanyan küçələrinin kəsişməsini, həmçinin Rubinyan küçəsini bağlayıblar.
Polis aksiya iştirakçılarını “Yeritasardakan” metro stansiyasına tərəf sıxışdırıb.
Yerli vaxtla saat 9:00-a olan məlumata görə, 53 nəfər polis tərəfindən saxlanılıb.
Qeyd edək ki, bu gün İrəvanın bir sıra inzibati rayonlarında itaətsizlik aksiyaları planlaşdırılır.